Səni sordum çiçəklərin şahına,
Qızılgül boynunu bükdü ağladı.
Lalə səcdə qıldı haqq dərgahına,
Yasəmən göz yaşı tökdü ağladı.
Nərgiz nalə çəkdi qan yaş tükərək,
Sünbül ey, vay dedi içinə çəkərək.
Süsən məsum-məsum boyun bükərək,
Döndü Gülustana baxdı ağladı.
Rehan olmaz dedi belə bir zülüm,
Gül dedi kaş mənə gələydi ölüm.
Sizə necə qıydı o qanlı zalım,
Mismardan qızıl qan axdı ağladı.
Od vurulan qapı din qapsıydı,
Ümmətə Rəhmətin son qapısıydı.
Oysa onlar üçün kin qapısıydı,
Zülüm ərşi əlaya çıxdı ağladı.
Bir çiçək misalı solunca Zəhra,
Qapı arxasında qalınca Zəhra
Zalım zərbəsiylə ölüncə Zəhra,
Alinin güşəsi çökdü ağladı....