Фильтр
SƏNƏ...
Gəl bu gecə oyaq qalım
Qurban olsun yuxum sənə.
Tumarlayım hər yerini
Səhərə qədər qoxum sənə.
*
Bəxtim verib sən seçimdə,
Sevirəm onun üçündə,
Tərləyim qan tər içində
Yorulanda baxım sənə.
*
Meyilimi sənə salım,
Hər an sevim qeydə qalım,
Qucaqlayım öpüş alım
Ətirimi yaxım sənə.
*
Kor olasan eşqimlə sən,
Başqa kəsi görməyəsən,
Sevmək necə bax biləsən!
Gözlərindən axım sənə...
*
İnan ki...
Həsrət-həsrət durub mənə baxmağın
Ürəyimi kövrəltdirir inan ki.
Anasından qalmış yetim quzu tək
Məni sənə öyrətdirir inan ki.
*
Tək mənim qəlbimdə bilsən baş olan,
Yada düşsəm kipriyində yaş olan,
Hiss etmədi sinən altda daş olan
Məhəbbəti seyrəltdirir inan ki.
*
Baxışın saxtadaır özün sən kimi,
Dağbəyi sevgidir həyatın himi,
Şirin sözün şıltaqlığın sevgimi
Yalan vədlə əyləndirir inan ki...
*
Sevgilim.
Gəl boyuna ölçüm gəlinlik donu
Bilim ki mənimsən mənim sevgilim.
Ölümdü,itimdi ömrümün sonu
Sənlə xoşbəxt olsun günüm sevgilim.
*
Qəmli günnən uzaq,kədərdən gen keç,
Günü xoş keçənlər qocalarmı heç,
Gülüşü,sevinci qəlbə həmdəm seç!
Qoy olsun bəd günə qənim sevgilim.
*
Dağbəyi görmüşdüm yuxunu yozan,
Demişdi sən təkin yazıbdı yazan,
Sevəcəm ömrümə əssə də xəzan
Andım olsun iman-dinim sevgilim...
*
577221357703
  • Класс
Подари мне совместный рассвет, Разбудив меня нежно губами.
Для меня же прекраснее нет,
Раз исчезли преграды меж нами. Подари мне биенье сердец,
Чтобы рядом они были вместе. Чтобы спорам пришёл бы конец, Потому что вдвоём интересней. Подари мне тепло своих рук, Прикасаясь ко мне откровенно, Чтобы не было больше разлук,
Чтоб любви продолжались мгновенья...
Подари глубину своих глаз,
Не могу я на них наглядеться. Подари навсегда, не на час,
Подари навсегда своё сердце.
577221357703
  • Класс
Показать ещё