Elə istəyirəm bir şeir yazım,
Gecəni gündüzə qatanlar üçün,
Elə istəyirəm bir şeir yazım,
Virtual həyatda yatanlar üçün
Elə istəyirəm bir şeir yazım,
Əsl sevgisini atanlar üçün,
Ümüdlə sahilə bir addım qala,
Dəryada gəmisi batanlar üçün,
Elə istəyirəm bir şeir yazım,
Özüylə öyünən matanlar üçün,
Var üçün pul üçün heç utanmadan
Gizlin bədənini satanlar üçün
Elə istəyirəm bir şeir yazım,
Haramla arzu ya çatanlar üçün
Tanrının adını hər çəkə çəkə
Şeytanın əlindən tutanlar üçün
--->[H.Eşqin]<---