Virtual uşaq yaradıldı
- VİDEO
Baby X – kiçik qızın interaktiv
animasiya modelidir.
Okland Universiteti yanında
fəaliyyət göstərən Animasiya
texnologiyaları
laboratoriyasının əməkdaşları
virtual uşaq yaradıblar, bu uşaq
özüntərbiyə bacarığına
malikdir.
Oxu.Az Hi-news.ru-a istinadən
xəbər verri ki, Baby X - kiçik
qızın interaktiv animasiya
modelidir.
Bu uşaq ətraf dünyanı
kompüterə quraşdırılmış
kameranın yardımı ilə görür və
mikrofonun köməyi ilə eşidir.
Real zamanda kiçik qız tanış
sözlərə reaksiya verir, bu
sözləri bu və ya digər obyekt,
hərəkətlər, təsvirlərlə
assosiasiya edə bilir. Demək
olar ki, Baby X onun yaşında
olan real uşaqlar kimi tərbiyə
edilir.
Baby X