Mən əvvəl sevənə gülürəm dedim,
Sevənin halını bilirəm dedim.
Gün gəldi mən sənə sevirəm dedim.
Səni sevdiyimə peşman eyləmə.
Bu məndə sevgidi tamah deyil ki,
Qismətin bugündü sabah deyil ki,
Səni görüb sevmək günah deyil ki,
Səni sevdiyimə peşman eyləmə.
Ağlama həyatım bulaq deyilsən.
Ömrümə şəriksən qonaq deyilsən,
Nə deyim mən sənə uşaq deyilsən.
Səni sevdiyimə peşman eyləmə.
İzlədim mən səni hey addım addım,
Bir gün də mən səni gözdən qoymadım. Dünyaya gəlməyə peşman olmadım.
Səni sevdiyimə peşman eyləmə.