Ürəyim yenə də axtarır səni,
Gözlərim yoldadır, qulağım səsdə.
Nə olar incitmə bu qədər məni,
Ürəyim ağrıyır sənsiz qəfəsdə.
Nə olar heç zaman tək qoyma məni,
Qoyma ki, mən sənsiz saralıb solum.
Gözlərim qoy görsün hər dəfə səni,
Qoy səni görəndə mən xoşbəxt olum.
Sevinirdim yaman görəndə səni,
Az qala sinəmdən çıxırdı ürək.
Təklikdə saxladın xeyli vaxt məni,
Dərdlərimlə birgə qaldım təkbətək.