Qədir-Xum gününün mesajları
Bismilləhir-Rahmənir-Rahim!
Hicrətin 10-cu ilində Peyğəmbərimiz (s) sonuncu həcc ziyarətindən - «Həccül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67)Bundan sonra Peyğəmbərimiz (s) Cühfə adlı yerdə yolayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Bu məkana Qədir-Xum deyirdilər. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızd