Vəhy Quranda
“Vəhy” sözü Quranda dörd mənada işlənmişdir.
1. Gizli işarə.
Burada vəhyin hərfi mənası nəzərdə tutulmuşdur. Belə ki, Quranda oxuyuruq:
“Sonra (Zəkəriyya) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: "Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)" (“Məryəm”, 11).
2. Təbii hidayət.
Burada məqsəd hər bir varlığın daxilində yerləşdirilən göstərişlərdir. Hər bir varlıq – cəmadat (cansız təbiət), nəbatat (bitki aləmi), heyvan, insan – təbii olaraq həyatda qalmağın yolunu bilir. Quranda bu təbii hidayət vəhy adlandırılır.
“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduq