İmam Zamanın (əf) qeybdə olduğu vaxt oxunulması əmr olunan dualardan biri də Mərifət duasıdır.
Zürarə İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: "... Allah şiələrin qəlbini (qeyb dövrü ilə ) imtahan etmək istəyibdir. Bu zaman batil yolda olanlar şəkk-şübhəyə düşəcəklər " - Zürarə deyir : "Sənə qurban olum! Əgər o zamanda yaşasam hansı işi görüm?" İmam (ə) buyurdu : "Ey Zürarə! Əgər o zamanı dərk etsən bu duanı oxu..."
"Üsuli-Kafi", Şeyx Kuleyni, cild 1, səh. 337
Seyyid ibni Tavus: "Əgər cümə günü işlərin və hər hansı müşküllə bağlı heç bir əməli yerinə yetirə bilməsən belə, bu duanı oxumaqda süstlük göstərməkdən çəkin! Çünki biz bu duanı Allahın məxsusən bizə aid etdiyi fəzilətindən hesab