Фильтр
Закреплено
  • Класс
(ŞAİR ÖMRÜ-SU KİMİDİR....)
"Şeir" Şairin qələmində deyil,Yazılanın ürəyində yaşar...
..
Ağır-ağır yerindən qalxdı Qadın
vaxt gec oldu...
Vidalaşımmı artıq dedi, qarşısında oturan Adama.
Vidalaşaq, dedi Adam.
Bir an udqundu
və yağış...? dedi.
Mən olmasam da, yağmağa davam edəcək, dedi Qadın.
Onda bəs şeirlərin...? dedi Adam
Onlar nə olacaq...?
Əvvəl yanaqlarına düşən yaşları sildi Qadın.
Titrəyən bir səslə, cavab verdi Adama
"Şeir" Şairin qələmində deyil,
yazılanın ürəyində yaşar...
Heç şübhəm yox ki,
Şeirlərim, sonsuzadək yaşayacaq.................(İlhamə Abbas Yusifqızı...)
...
ALLAH SEVGİSİ...
...
Qorxumuz olmaz bizim,
dünyanı zülmət alsa...
Aşarıq zirvələri,
İlahi sevgi olsa!...
...
O,
birmryaadi

Добавлено фото в альбом

Фото
Zəfərin mübarək AZƏRBAYCAN...!❤️ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN...! Oxunsun Quranımız, Var olsun, Turanımız. Xankəndidə çalınsın, Kamanımız, tarımız. Amin...Amin...Amin.....(İlhamə Abbas Yusifqızı...)
Читать дальше
Скрыть описание
  • Класс
SƏNİNLƏYƏM, SƏNSİZ DƏ...
...
Yola zülmət çökəndə,
yadıma sən düşürsən...
Gözlərim yol çəkəndə,
yadıma sən düşürsən...
..
Ömür bir nağıldımı,
baldımı-noğuldumu...?
Gözümü nəm aldımı,
yadıma sən düşürsən...
..
Səninləyəm-sənsiz də,
tənhayam ömrümüzdə...
O görüş yerimizdə,
yadıma sən düşürsən...
...
Sevən,eşqini danmaz,
gecə də, yuxu yatmaz...
Sevdiyini unutmaz-
yadıma sən düşürsən,
yadıma sən düşürsən.............(İlhamə Abbas Yusifqızı...)
#ilhaməabbasyusifqızı
birmryaadi

Добавлено фото в альбом

Фото
Gün keçdi...Və...kimsə bilmədi, ürəklərimizdən uçan, üzgün göyərçinin "inanc" olduğunu...(İlhamə Abbas Yusifqızı...)
Читать дальше
Скрыть описание
  • Класс
Nə var ki, daha başqa, cana-candan da yaxın,
Övlad dedikdə sevgi, axırdı axın-axın.
Bir duyğu ki dadına, doyum olmayır baxın,
Cənnət meyvələriymiş, bizə ikramı Haqqın.
Allah quluna sonsuz, necə nemətlər vermiş,
Ana- Ata övladı, canından çox sevərmiş....
...
ÖVLADIM...
..
Sevgi dolu ürəyin,
Azalmasın övladım.
Gül qoxulu, gül üzün,
Heç solmasın, övladım...
...
İsticə sarılışın,
Dərdi alır gülüşün,
Aləmdə hər bir işin,
Zor olmasın, övladım..
..
Ulduzsan dənə-dənə,
Lütfüsən Haqqın mənə,
Pisliklər əsla sənə,
Yol tapmasın, övladım...
...
Olmasın, sənsiz evim,
Dayanar həm ürəyim,
Duamdasan sən daim
Var olasan, övladım..........(İlhamə Abbas Yusifqızı...)
#ilhaməabbasyusifqızı
Təlatümlü dalğalarla çalxalanan dünya adlı narahat nəhrin içindəyik Ağı ilə qarası, gündüzü ilə gecəsi bərabər, xeyri ilə şəri əkiz dünyanın, bir üzü gülərdi, bir üzü ağlar. Nədənsə sevinci çəkən tərəzidə, pərsəng pərsənglikdən çox, oğruya oxşadı, kədərdən yük tutmağa isə, nizam-tərəzisiz bəxşiş verəndi fələk...
Barışaqmı qarış-qarış uzanacaq gecələri ilə, yoxsa xəyallarımızı büküb nağıllara, günləri sayaq. ...
.... .
QONAQ GƏLDİK BU DÜNYAYA....
...
Ağıl çaşar, beyin durar, bu düzənin önündəcə,
Dil susunca, gün gəlincə, köçəcəyik can verincə.
Qüsursuz bir dövrü aləm, sürüb gedər əsirlərcə,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq...
...
Ələnəcək vücudumuz, iki ovuc torpaq olub,
Saral
birmryaadi

Добавлено фото в альбом

Фото
Фото
Zəfər eşqi ilə ucalan bayraq, səmanı qucağına alar.....(İlhamə Abbas Yusifqızı...)
Читать дальше
Скрыть описание
  • Класс
Показать ещё