O gün xətrinə dəydim. Daha bağışla deməyə üzüm yox. Allah öldürsün məni. Səni çox sevirəm, aşkım. Axı, söz vermişdim özümə ki, bir də xətrinə dəyməyəcəyəm. Daha utanıram da söz verməyə, vallah. Adam nə qədər yalançı olar, nə qədər söz verib tutmaz. Lap xəcalət çəkirəm. Anamcanı, başım necə qarışıbsa, görməmişəm zənglərini. Nolar, inan mənə, aşkım. Şair-yazıçıların yeyib-içmək məclisində ağız deyəni qulaq eşidir ki? Hamı danışır. Bilmirsən qulaq asan kimdir. O qədər zəng eləmisən, axırda telefonun zaryatkası qurtarıb və öz-özünə sönüb. Sən də düşünmüsən ki, bilə-bilə söndürmüşəm. Küsmüsən buna görə, ağlamısan, darıxmısan...
Bacın dedi, həmin gün yuxun gəlməyib, səhərə qədər yatmamısan. Zəng ç